Cavid Güldən Lalə Azərtaşa dəstək: "Kim nə istəyir içsin" - FOTO

Cavid Güldən Lalə Azərtaşa dəstək: <span class="qirmizi">"Kim nə istəyir içsin" - FOTO</span>

Aparıcı Cavid Gül həmkarı Lalə Azərtaşın qalmaqallı fikirlərinə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, o sosial şəbəkədə yeni status yazaraq Laləyə dəstək olub.

"Yığışdırın bu qadın kişi müharibəsini. Kim nə istəyir içsin, yesin. Hərə öz təfəkkürü ilə bu həyatı sürdürür. Dünyəvi həyatı yaşayırsınızsa çərçivələri yığışdırın. Yox dini tərəfdən yanaşırsınızsa, birinci ilahi qanunlara özünüz riayət edin.

İndiki zamanda kişilərin haqqı yeyilməkdədir. Bəzi ölkələrdə isə kişi 4-cü, 5-ci dərəcəli məxluq hesab olunur" - deyə Cavid paylaşımında qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl aparıcı Lalə Azərtaşın“Təsir dairəsi” verilişində səsləndirdiyi qalmaqallı fikirlər ölkə mətbuatının gündəmini zəbt etdi. O "Ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən” sözlərini söyləyib.

 

Mənbə: baku.ws