"TEKNOFEST Azərbaycan" çərçivəsində "Flyboard" şousu keçirilib

"TEKNOFEST Azərbaycan" çərçivəsində "Flyboard" şousu keçirilib<span class="qirmizi"></span>

Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində ölkəmizdə ilk dəfə su üzərində "Flyboard" şousu təşkil olunub.

"Report" xəbər verir ki, şou məşhur ispaniyalı flyboarder Lindsay McQueen-in təqdimatında baş tutub.

O, Qətər və BƏƏ-də Flyboard üzrə keçirilmiş dünya çempionatlarında uğurla iştirak edib.

Şoudan sonra Azərbaycan və türk pilotlarının aviaşousu başlayıb.

Mənbə: report.az