Kann Film Festivalının qalibləri müəyyənləşəcək

Kann Film Festivalının qalibləri müəyyənləşəcək<span class="qirmizi"></span>

75-ci Kann Film Festivalının qaliblərini elan ediləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, COVID-19 pandemiyasına görə təxirə salınan festival ikiillik fasilədən sonra fəaliyyətini yenidən bərpa edib.

Dünya kino ulduzlarının iştirakı ilə Kruazetdəki Festival Sarayında keçiriləcək Qala gecəsində münsiflər qalibləri elan edəcək.

Baş mükafata - "Qızıl palma budağı"na rusiyalı rejissor Kirill Serebrennikovun "Çaykovskinin arvadı" filmini namizəddir.

Favoritlər arasında Cənubi Koreya rejissoru Park Çan Vuk tərəfindən çəkilmiş "Decision to leave" filminin də adı çəkilir.

Bu film üç il əvvəl "Parazit" (Parazit, 2019) filminə görə Kannda ən yüksək mükafatı alıb.

Münsiflər heyəti və rəsmi müsabiqə üçün 21 filmi təqdim ediləcək.

Milli.Az

Mənbə: news.milli.az