"TEKNOFEST-Azərbaycan"ın proqramına dəyişiklik edildi

Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalının bugünki proqramına dəyişiklik edilib.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, 28 May - Müstəqillik Günü ilə əlaqədar festival çərçivəsində möhtəşəm konsert proqramı keçiriləcək. Konsert saat 21:00-da başlayacaq və saat 23:00-da başa çatacaq.

Gün ərzində festival ərazisində hazırlıq işləri aparılacaq.

Bu gün üçün bilet əldə edən izləyicilər 20:30-da festivalın keçirildiyi əraziyə daxil ola biləcəklər.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Braziliyalı hücumçu "Qəbələ"yə qayıdıb-qayıtmayacağını bilmir

SONRAKI XƏBƏR

Saleh Rüstəmli azadlıqdadır