Günayın keçmiş ərinin dördüncü uşağı oldu - FOTO

 

Türkiyədə yaşayan və orada fəaliyyət göstərən model Günay Musayevanın keçmiş həyat yoldaşı türkiyəli aktyor Tolqa Karel dördüncü dəfə ata olub.

Bizim.Media xəbər verir ki, Amerikaya köçən aktyor bu haqda sosial şəbəkə hesabında məlumat verib.

Tolqa yeni doğulan oğlu ilə həyat yoldaşı Sara Skottun xəstəxandan fotolarını paylaşıb.

"Rəbbim məndən atamı aldı, amma ona bənzəyən oğul göndərdi. Rahat yat atam. Ona baxdıqca hər an, hər yerdə səni yaşadacağıq" - deyə, şərh yazıb.

Qeyd edək ki, Karel 2015-ci ildə azərbaycanlı model Günay Musayevadan boşanıb. Onların bu evlilikdən Cahangir adlı bir oğlu var. Tolqanın atası isə ötən ay 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Tolqa Karel 2015-ci ildə Günay Musayevadan boşanıb. Cütlüyün bu evlilikdən Cahangir adlı bir oğlu var. Tolqanın atası isə ötən ay 78 yaşında vəfat edib.

Rəşad Əliyev, Bizim.Media







Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Saleh Rüstəmli azadlıqdadır

SONRAKI XƏBƏR

“Bank of America”: “Brent” neftinin qiyməti 150 dolları keçə bilər"