Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Türkiyəyə yollandı: "Gedib dönməmək var" - VİDEO

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Türkiyəyə yollandı: "Gedib dönməmək var" - VİDEO<span class="qirmizi"></span>

Qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayev əməliyyatı üçün Türkiyəyə yola salınıb.

BAKU.WS xəbər verir ki, aparıcı Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında müalicəsi üçün 50 min dollar yığılan aktyor Türkiyədə əməliyyat olunacaq.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında müsahibə verən Elvin hər kəsə ona yardım etdiyi üçün təşəkkür edib:

"Artıq vaxt gəldi çatdı. Necə ki, yaxşı gedirik yaxşı da davam edərik inşallah. Xoşqədəm xanım və komandası ipimi daha da qalın etdi ki, o ip qırılmasın. Övladlarımla sağollaşanda çox təsirli anlar yaşadım. Bir söz var: Gedib də dönməmək... Mən hər şeyi gözə aldım".

BAKU.WS

Mənbə: baku.ws