Rəsulzadənin kitablarının orjinal nüsxələri satışa çıxarıldı

Rəsulzadənin kitablarının orjinal nüsxələri satışa çıxarıldı<span class="qirmizi"></span>

Məhəmməd Əmin Rəsulzadənin Osmanlı türkcəsində yazılmış iki orjinal əsəri İnstaqramda (capital_nameh adlı səhifədə) satışa çıxarılıb.

Kult.az xəbər verir ki, həmin əsərlər 1928-ci ildə İstanbulda nəşr olunmuş “Milliyət ve bolşevizm. Məqalələr məcmuəsi” (“Milliyet ve bolşevizm. Mekaleler mecmuası”) və “İnqilabçı sosializmin iflası və demokratiyanın gələcəyi” adlı kitablardır.

Qeyd edək ki, “Milliyət ve bolşevizm. Məqalələr məcmuəsi” kitabı 950 manata təqdim olunub.

Mənbə: axar.az