"İstəyərəm Azərbaycandan bir illik gedim"

"Heç özüm də bilmirəm necəyəm. Yalandan deyim, yaxşıyam? Yaxşı deyiləm, depressiyadayam".

 

Primetime.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov "Günün sədası proqramında deyib. Sənətçi son günlər evə qapandığını, depressiyaya düşdüyünü söyləyib:

 

"Çox pis an yaşayıram. Evə qapanmışam, evdən küçəyə çıxmıram. Ona görə də kimdənsə, "necəsən" sözünü soruşmaq istəmirəm. Yüküm o qədər çoxdur ki, başqasının ağrısını eşitmək istəmirəm. Gülürəm ki, guya hər şey yaxşıdır. Amma yaxşı deyil. İstəyərəm Azərbaycandan bir illik gedim. Bütün neqativi burada qoyum, çıxım gedim. Vallah getmək istəyirəm. Evdə deyirəm ki, bir də görəcəksiniz yığdım əşyalarımı getdim".

Primetime.az

ƏVVƏLKİ XƏBƏR

"Bu gülünc hadisədir, dollar alışı niyə vergiyə cəlb olunur?" - Ekspertdən ETİRAZ

SONRAKI XƏBƏR

“Qardaşım İlham Əliyevin qərarlı duruşu ilə Qarabağ işğaldan azad edildi” - Ərdoğan