Şəbnəm yardım əli uzatdığı Xalq artistlərini BİABIR ETDİ : Mundar, nankor və xaindirlər” – VİDEO

 

“O qədər meyxana tipli bayağı mahnılar var ki… Bu gün oxuyur, bir Aydan sonra isə yoxdur. Amma mənim oxuduğum mahnılara Rusiyada hörmətli insanlar mikrofonu əlinə götürüb, “əhsən” deyirlər”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “MTV maqazin” verilişinə müsahibəsində deyib.

Efirlərə pulsuz çıxdığını söyləyən sənətçi, verilişlərə reytinq gətirdiyini bildirib:

“Kiməənsə üstdən aşağı baxmasınlar. Allah ucaltdığı bəndəni, heç kim yıxa bilməz. Heç bir efirə pul vermirəm. Mən reytinqli ifaçıyam. Bu gün yox, sabah da yox, amma növbəti gün sən özün məni verilişinə qonaq çağıracaqsan. Çünki sənin mənə ehtiyacın var. Hansı verilişdəyəmsə, bilirəm ki, o efirdə, o aparıcının istədiyi qədər reytiq olacaq”.

Fəxri adı olmasa belə Şəbnəm xalqın sevgisini qazandığı üçün özünü “Xalq artisti” adlandırıb:

“Hər bir ifaçının efirə ehtiyacı var. Xalq daha çox hansı ifaçını sevirsə, o ifaçı Xalq artistidir. Bizi xalq sevir. Məni hər hansısa bir şirkətin işçiləri sevmir ki. Bir ifaçının əgər xalq dəstəkləyirsə, sevirsə, dəyər verirsə, demək bu ifaçı özü Xalq artistidir”.

“Əlimin duzu yoxdur. Çörəyim isə dizimin üstündədir”, deyə qeyd edən Ş.Tovuzlu bir neçə Xalq artistinə köməklik etsədə, daha sonra onlardan nankorluq və xainlik gördüyünü açıqlayıb:

“O Xalq artistinə o qədər qayğı, kömək, yemək vermişəm, özüməməxsus olan şeylərdən ona həsr etmişəm ki, daha da yaxşı olsun, amma ondan özümə qarşı nankorluq görmüşəm. İnsanın qəlbindəki mundarlığı görmüşəm.
Ona baxıb, demişəm ki, həyatda çox bədbəxt bir insandır. Sənin kimi insana insan demirəm. Sən axı bu həyatdan nə aparacasan ki?! Kürklər, avtomobillər, evlər hamısı boş şeydir. Kim nə aparır ki, özü ilə o dünyaya?! Gözəl yaşamaq insana məxsusdur. Amma nankor olmaq o başqa məsələdir. Əmək itirən insan, hər zaman gözləsin ki, nə vaxtsa o da əməyini itirəcək. Geci-tezi gözləsin ki, nə zamansa vurulacaq, yıxılacaq. Bir-iki çox dəyər verdiyim insanlar var ki, onlar nankor və xain çıxdı”.

Rəşad Əliyev, Bizim.Media
 

 

 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan: “İlham qardaşımla birlikdə münasibətlərimizi bütün dünyaya nümunə olacaq səviyyəyə daşıdıq”

SONRAKI XƏBƏR

Rusiya Finlandiya və İsveç yaxınlığında raket atışları həyata keçirib - VİDEO