Fotoşop etdiyini deyənlərə əsəbiləşdi

Fotoşop etdiyini deyənlərə əsəbiləşdi<span class="qirmizi"></span>

"Heç acığım gələn adama belə sözlər yazmaram. Boş adamlardı oturub yazırlar. Öz zehninidə, düşüncəsində olanı yazırlar. Özləri fotoşop edirlər, ona görə yazırlar. Ürəyin parlaqdırsa, gözəldirsə, üzünə vuracaq. Gözəllik qalıcı deyil. Nur qalıcıdır. Nur getdikcə üzə vurur, yaşlandıqca insan nurlanır".


Pravda.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "MTV maqazin" proqramında deyib. Aktrisa fotolarını fotoşop etməsi iddialarına əsəbiləşib:


"Qara rəngin özündə belə gözəllik görürəm. Hamımızın mənfisi də, müsbəti də var. Allah mənə o düşüncəni verib ki, insanın ən gözəl yerini görür, xarakterini axtarıram. Qəlb qırmaq olmaz".

 

Mənbə: pravda.az