Britaniyalı oğlan koreyalı qız müğənniyə bənzəmək üçün 150 min dollarlıq əməliyyat etdirdi - FOTO

 

Britaniyalı Oli London öz kumiri, BTS oğlan qrupunun koreyalı vokalisti Çimin kimi görünmək üçün bıçaq altına uzanıb.

Bizim.Media xəbər verir ki, o, bunun üçün plastik cərraha 150.000 dollardan (təxminən 255 min manat) pul xərcləyib.

18 yaşından sonra arzusuna çatan Oli əməliyyatdan sonra yeni görünüşünü sosial şəbəkə hesabında belə şərh edib.

“Nəhayət, özünü ikili olmayan Koreyalı kimi hiss etmək necə də gözəldir. Mən bütün həyatımı əsirlikdə keçirdim - qəribə bədəndə və yad mədəniyyətdə”.

Oli asiyalı qız olmaq qərarına gəlib və artıq Kannda “The Broker” filminin premyerasına yeni “Mən” obrazı ilə qatılıb. Beləcə O.London qalmaqallı obrazı ilə Kanndakıların diqqətini üzərinə cəmləyib.

Rəşad Əliyev, Bizim.Media







Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Mahsunun qardaşı həbs olundu

SONRAKI XƏBƏR

"Liverpul"u dəstəkləyən dostlarım dedi ki..." - Kurtua