Bakıdakı Kitab Festivalı başa çatdı

Bakıdakı Kitab Festivalı başa çatdı<span class="qirmizi"></span>

I Türk dünyası Ədəbiyyat və Kitab Festivalı öz işini başa çatdırıb.

Kult.az xəbər verir ki, 3 gün davam edən festivalda Türk dövlətlərini təmsil edən ölkələr öz nəşrlərini Bakı Dövlət Universitetinin həyətində kitabsevərlərə təqdim ediblər.

Festival çərçivəsində Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Müəllifləri Birliyi (BEYTÜM), TÜRKSOY və İLESAM elm, ədəbiyyat sahəsində uğur qazanan ziyalıları, tədiqatçıları və alimləri bir neçə nomnasiya ilə mükafatlandırıblar.

Millət vəkili Cavanşir Feyziyev “Türk Dünyası” 5 cildlik kitabına görə “Türk Dünyası Kitab Ödülü” mükafatına layiq görülüb.

Beynəlxalq Türk Akademiyasının təsis etdiyi Əlişir Nəvai “Qızıl medal”ı millət vəkili Qənirə Paşayevaya təqdim olunub. Beynəlxalq Türk Akademiyasının gümüş medalları isə AMEA-nın Ədəbiyyat İnstitunun professoru Almaz Ülvi Binnətovaya, BDU-nun professoru Firuzə Ağayevaya, tədqiqatçı jurnalist Aida Eyvazova, şair Əkbər Qoşalı, AMEA-nın əməkdaşı Ağahüseyn Şükürovaya təqdim edilib.

Tədbirin sonunda xatirə fotosu çəkilib.

Mənbə: axar.az