"Daha toylara getməyəcəm"

"Daha toylara getməyəcəm"<span class="qirmizi"></span>

Müğənni Nazim Pişiyari səhnə fəaliyyətinə son qoymağı planlaşdırır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "10-da görüşək" proqramında deyib. O, yaxın illər ərzində verilişlərə və toy mərasimlərinə getməyəcəyini bildirib:

"Hesab edirəm, səhnədən getmək vaxtı yaxınlaşır. Düşünmürəm ki, 80 yaşına qədər oxumaq lazımdır. Bunu yalnız özümə şamil edirəm, subyektiv fikrimdir. Stop deməyi də insan bacarmalıdır. Təxmini 5 ildən sonra öz fəaliyyətimi dayandıracağam. Toy şənliklərinə isə daha getməyəcəm".

Qeyd edək ki, Nazim Pişiyarinin 53 yaşı var.

Milli.Az

Mənbə: news.milli.az