Keçmiş həyat yoldaşı Arnold Şvartsenegerin sərvətinin yarısını aldı - FOTO

 

Mariya Şrayver dünya şöhrətli aktyor Arnold Şvartsenegerdən boşandıqdan sonra pensiya yığımı da daxil olmaqla gəlirinin yarısını alıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, aktyorun 66 yaşlı keçmiş həyat yoldaşı məhkəmə qərarı ilə 74 yaşlı Şvartsenegerlə birlikdə yaşadıqları müddətdə qazandığı pulun yarısını almaq hüququnu əldə edib.

Keçmiş Kaliforniya qubernatoru Arnold Şvartseneger və Mariya Şrayver 2021-ci ildə ayrıldıqdan 10 il sonra rəsmi olaraq boşanıblar.
Keçmiş aşiqlərin boşanması dəyəri 400 milyon dollar olan və birgə əldə edilən əmlakın bölünməsindəki çətinliklər səbəbindən gecikmişdi.

Belə ki, Şvartsenegerin evində çalışan Mildred Baenadan qeyri-qanuni övladı olub. Bu informasiya üzə çıxdıqdan sonra Mariya Şrayver 2011-ci ildə boşanmaq üçün məhkəməyə müraciət edib.

Aktyorun özü də boşandıqdan sonra xəyanəti “həyatdakı ən böyük səhv” adlandırıb və “heç bir bəhanəsi ola bilməyəcəyini” deyib və keçmiş həyat yoldaşından üzr istəyib.

Ev işçisi Cozef Baenadan olan qeyri-qanuni oğlunu aktyor tanıyır və onunla münasibət saxlayır.

Ayrıldıqdan sonra cütlük dostluq münasibəti qurmağı bacarıb.

Qeyd edək ki, Arnold Şvartseneger və Mariya Şrayver 1986-cı ildə evləniblər. Keçmiş cütlüyün bu evlilikdən dörd övladı var: oğulları Patrik və Kristofer və qızları Ketrin və Kristina.

Rəşad Əliyev, Bizim.Media

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan cüdoçusu erməniyə qalib gələrək, finala yüksəlib

SONRAKI XƏBƏR

“Zəngəzur məsələsi Ermənistanın rəyi soruşulmadan həll edilə bilər” – Politoloq