Ərinin yarıçılpaq FOTOları aktrisanı narahat edir

Ərinin yarıçılpaq FOTOları aktrisanı narahat edir<span class="qirmizi"></span>

Məşhur türk aktrisa Pelin Akil ötən gün Nişantaşı bölgəsində görüntülənib.

Milli.Az olay-a istinadən xəbər verir ki, Akil 2016-cı ildə evləndiyi Anıl Altan barədə danışıb. O, əkizlərinin atasına xəbərdarlıq edib.

Aktrisa tez-tez yarıçılpaq fotolarına paylaşan Anıla bu sözləri deyib:

"Hərdən çox sarsaqlayır, nə gərək var ki, düşünürəm. Mən elə fotolar qoymuram, amma çox üstümə gəlsə, bilmirəm. Keyfimi pozsa, keyfini pozaram".

Qeyd edək ki, cütlüyün iki qızı var.

Milli.Az

Mənbə: news.milli.az