"Qaynana" filminin kadrarxası unikal görüntüləri - VİDEO

"Qaynana" filminin kadrarxası unikal görüntüləri -  <span class="qirmizi">VİDEO</span>

1978-ci il istehsalı olan məşhur "Qaynana" filminin kadrarxası görüntüləri yayımlanıb.

Kult.az xəbər verir ki, görüntüləri Azərbaycan Kinematoqrafçılar İttifaqının Yutub kanalı yayıb.

Bildirilib ki, jurnalist Telli Pənahqızının AzTV üçün hazırladığı süjet "Qaynana" filminin çəkiliş prosesini əks etdirir.

Süjetdə Hüseyn Seyidzadə və baş rolun ifaçısı Nəsibə xanım Zeynalovadan başqa aktrisa İnarə Quliyeva və filmin quruluşçu operatoru Fikrət Əsgərov əks olunub.

Süjeti ittifaqa ssenarist Füzuli Sabiroğlu təqdim edib.

Mənbə: axar.az