Minaya düşərək şəhid olan Rüfət: “Ana, Qubadlını özüm alacağam” - VİDEO

Minaya düşərək şəhid olan Rüfət: “Ana, Qubadlını özüm alacağam” - <span class="qirmizi">VİDEO</span>

ATV-nin "Bizimləsən" proqramında Şəhid Rüfət Zöhrab oğlu Mustafayevin ailəsi qonaq olub.

Milli.Az xəbər verir ki, Şəhid anası, oğlu barəsində danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Bütün Şəhidlərin qarşısında baş əyirəm. Rüfət mənim evimin çırağı idi. Dünyama doğan günəş idi. Havam idi, suyum idi, hər şeyim idi. Əsas odu ki, mənim qəhramanım idi. Saf uşaq idi. Hərbi xidmətə getdiyi 1 il deyildi ki, müharibə başladı. Hər gün danışırdıq, deyirdi ki, narahat olma. Arxadayam. Ama atasına düzünü deyirmiş. Uşaq vaxtı mənə deyirdi ki, Qubadlını özüm alacam".

 

Mənbə: news.milli.az