Xalq artisti bahalıqdan GİLEYLƏNDİ: “Baxanda kasıbı ağlamaq tutur”

Xalq artisti bahalıqdan GİLEYLƏNDİ: “Baxanda kasıbı ağlamaq tutur”<span class="qirmizi"></span>

 

“Allahın alçası, gilası və başqa meyvələrin bu marketlərdə qiyməti bir kilo ət dəyərindədir. Baxanda kasıbı ağlamaq tutur…”

Bunu tanınmış aktyor, Xalq artisti Yasin Qarayev Yenicag.az-a açıqlamasında deyib.

Marketlərdə qiymətlərin od tutub yandığını deyən aktyor bahalıqdan gileylənib:
“Yasadığım binanın ətrafında çoxlu ərzaq, meyvə-tərəvəz dükanları var, alış-verişi oradan edirik. Nisbətən ucuz nəsə almaq olur. Amma ətrafımızda olan marketlərdə qiymətlər od tutub yanır. Bu marketlərin bizə heç dəxli də yoxdur, çünki bərkgedənlər üçündür. Allahın alçası, gilası və başqa meyvələrin bu marketlərdə qiyməti bir kilo ət dəyərindədir. Aztəminatlı kasıb insan uşağına marketlərdən deyil, fərdi dükanlardan hər meyvədən birtəhər 500 qram ala bilər. Amma sən gəl ən vacib və çox işlənən kərə yağlarından danış. 18-19-20 manatdan aşağı kərə yağı yoxdur. Belə vəziyyətdə kasıbı ağlamaq tutur. Çünki, uşaqlı evdə ayda, ən azından, 2-3 kilo yağ işlənir. Əlac ona qalır ki, yalnız və yalnız qənaətlə bitki yağlarından istifadə edək. İşıq, su benzin də ki göz qabağında! Hər şey bahalaşıb”.

Cəvahir

www.yenicag.az

Mənbə: yenicag.az