Arxadağın ad gününə bu azərbaycanlı dəvət aldı

Arxadağın ad gününə bu azərbaycanlı dəvət aldı<span class="qirmizi"></span>

Türkmənistanın keçmiş prezidenti Qurbanqulu Berdiməhəmmədov 65 illik yubileyinə dünyanın tanınmış musiqiçilərini dəvət edəcək.

Kult.az xəbər verir ki, bu barədə “Xronika Türkmənistan” məlumat yayıb.

Məlumata görə, tədbirdə amerikalı reper Akon, isveçli məşhur dicey Dr.Alban, rusiyalı pop-duet Artik&Asti, azərbaycanlı müğənni Emin Ağalarov, tunisli müğənni Amani Suissi və BƏƏ-dən olan Belkis Əhməd Fəthi iştirak edəcək.

Bildirilir ki, konsert tədbirləri bütün Türkmənistan əhalisi üçün açıq olacaq. Əhalini konsertə daşımaq üçün xüsusi avtobus reysləri açılacaq.

Mənbə: axar.az