Türkan Şoray Cüneyt Arkının TABUTUNU ÖPDÜ - VİDEO

İki gün əvvəl vəfat edən məşhur aktyor Cüneyt Arkın bu gün torpağa tapşırılıb.

BAKU.WS xəbər verir ki, sənətkar dəfn olunmazdan əvvəl onunla vida mərasimi keçirilib.

Aktyorun Türkiyə bayrağı üzərində olan tabutu Atatürk adına Mədəniyyət Mərkəzinə gətirilib. Mərasimdə Arkının həyat yoldaşı Betül Cüreklibatır, yaxın dostları və bir sıra tanınmışlar iştirak ediblər.

Cüneyti son mənzilə yola salmağa gələnlər arasında onun filmlərdə baş rolu paylaşan aktrisa Türkan Şoray da olub. Kədərindən göz yaşlarına boğulan Türkan Arkının tabutuna sarılaraq öpüb.

Xatırladaq ki, iyunun 28-də Cüneyt Arkının qəfildən halı pisləşib. O, həyat yoldaşı Betül Cüreklibatırın köməyi ilə xəstəxanaya yerləşdirilib. Tibb işçilərinin uzun müddət davam edən müdaxiləsinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb. Arkın ürəktutmasından vəfat edib. Aktyor, bu gün Zincirlikuyu qəbirstanlığında dəfn olunub.

Türk kino sənətində silinməz iz buraxan Cüneyt Arkın daha çox "Battalqazi", "Kara Murat" və "Makoçoğlu" kimi populyar obrazlarla qəlblərdə taxt qurub.

BAKU.WS

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Conson Aİ və NATO başçıları ilə şam yeməyi zamanı protokol qaydasını pozub - VİDEO

SONRAKI XƏBƏR

Polşa Belarusla sərhəddə hasarın tikintisini başa çatdırdı - VİDEO