Aysunun toyundan ilk GORÜNTÜLƏR - FOTO/VİDEO

 

Xəbər verdiyimiz kimi, hazırda dənizkənarı restoranların birində məşhur müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysunun toyu mərasimi keçirilir.

Bizim.Media xəbər verir ki, Eşqin Cəlilov adlı gənclə ailə quran Aysunun xoş gününə məşhurlar axın ediblər.

MÖVZU İLƏ BAĞLI:

Bu gün Rəqsanənin qızı Aysunun TOYUDUR - VİDEO

Məclisdə iştirak edən aparıcı və xeyriyyəçi Hacı Nuran Hüseynov cütlüyə xeyir-dua verib. O, toyda çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb.

Aysun media nümayəndələrinə toyu çəkməyə icazə verməyib. O, bunu məclisə dəvət olunan iş adamlarının mətbuatda görüntülənmək istəmədikləri ilə əlaqələndirib.

Qeyd edək ki, Aysun gəlinlik geyinsə də, Eşqin bəylik kostyumu geyinməyib. Hətta ayaqqabılarını belə idman üslublunda seçib.

Rəşad Əliyev, Bizim.Media

 

 

 

 


















 

 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Sərkisyanın xaç oğluna 9 il iş verdilər

SONRAKI XƏBƏR

Ukrayna: Ruslar bu əraziləri işğal etdi!