Kişilər bəy, xanımlar gəlin kimi... - Aysunun toyu

Kişilər bəy, xanımlar gəlin kimi... - Aysunun toyu<span class="qirmizi"></span>

Müğənni Aysun İsmayılova ötən gün dənizkənarı məkanların birində toy edib.

OLAY yazır ki, ifaçı gecədə 4 libas dəyişməsi ilə gündəmə gəlib. Aysunun həyat yoldaşı Eşqin Cəlilov isə geyim dəyişib. Qonaqlara isə dress-kod təyin edilib. Belə ki, qadınların ağ, kişilərin isə qara geyinməsi tələb olunub.

Əsasən gənclərin qonaq olduğu gecədə müğənnilər Şəbnəm Tovuzlu, Türkan Vəlizadə, aktrisalar Pərvin Abıyeva, Nərgiz Əliyeva və başqaları iştirak edib.

Bəyin valideynləri toyda iştirak etsə də, müğənni Rəqsanə İsmayılova xəstə olduğu üçün qızının toyuna qatılmayıb. Nənəsi və xalası isə Aysunun şad günündə olub.

Gecədə Nazilə Səfərli Aysun üçün xınayaxdı mərasimi də təşkil edib. İfaçı xına zamanı ağlayıb. Toydan görüntülər sosial şəbəkələrdə paylaşılıb.

 

 

 

Mənbə: big.az