Yusif Eyvazovun arvadı 4 milyon avroluq mənzililə GÜNDƏMDƏ – FOTO

Yusif Eyvazovun arvadı 4 milyon avroluq mənzililə GÜNDƏMDƏ – FOTO<span class="qirmizi"></span>

 

Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı Anna Netrebko daşınmaz əmlak xəbərləri ilə gündəmdən düşmür.

Opera divasının dünyanın müxtəlif ölkələrindəki mənzilləri müzakirə olunur.

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, sənətçinin Vyanadakı şahlara layiq mənzilinin fotoları yayılıb.

On ildən artıqdır ki, Avstriya paytaxtında yaşayan opera divası həmçinin oranın vətəndaşıdır. Annanın dupleks mənzilləri şəhərin mərkəzində, “Müqəddəs Stefan Katedrali”nin yaxınlığında yerləşir.

Obyektin sahəsi 225 kvadratmetrdir. Mənzillər qonşu olub, sonra Netrebko ikisini də alaraq, birləşdirib.

Birinci mərtəbədə panoramalı pəncərələri olan iki qonaq otağı, mətbəx, ayrıca vanna otağı olan yataq otağı, soyunub-geyinmə otağı, qonaq tualeti və məişət əşyalarının saxlanması üçün iki anbar var.

Birinci mərtəbədə müğənni qonaqları qəbul edirsə, ikincisi isə yalnız sahibə üçündür. Netrebkonun orada yataq otağı, geniş vanna otağı, qarderob və birdən-birə hamamla birləşmiş başqa bir qonaq otağı var.

Bu mərtəbədən Vyananın görməli yerlərinin möhtəşəm mənzərəsi olan terraslara çıxış var. Möhtəşəm mənzilin qiyməti isə dörd milyon avro (təxminən 7,2 milyon manat) dəyərində qiymətləndirilir.
Qeyd edək ki, Anna Netrebko Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır. Onlar 2015-ci ildə ailə qurublar.

Rəşad Əliyev, Bizim.Media



Mənbə: bizim.media