İlhamə Qasımovadan həmkarlarına atmaca: “Bu gün konsert etsək, köhnə müğənninin zalı dolar?” - VİDEO

“Ağac bar verdikcə başını qaldırmaz. “Mən səni tanımıram”, “sən kimsən?”, “burada mənəm, Bağdadda kor xəlifə” deyənlər yadda saxlamalıdırlar ki, bir gün istər-istəməz sən də yaşlanacaqsan”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri müğənni İlhamə Qasımova MTV-də yayımlanan “10-da görüşək” verilişində qonaq olarkən səsləndirib.

İ.Qasımova status sahibli müğənnilərə ismarış göndərərək bildirib ki, hegemonluqla öz statusunu saxlamaq istəyənlər sevilməyəcəklər:

“Yeni nəsil gəlir və sən nə qədər yaxşı ifaçı olsan da, gələn nəsil üçün dəbdən düşəcəksən. Sən yalnız öz yaşıdların üçün qalacaqsan. Yeni nəsil təzə müğənniləri sevib istəyəcək. Danışanda çox şey deyirik, ancaq reallıq o deyil. Bu gün bir konsert etsək, köhnə müğənninin zalı dolacaq, yoxsa gündəmdə olan yeni, gənc müğənninin? Əlbəttə, gündəmdə olan”.

Daha ətraflı süjetdə:

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

VK sədri: "Qarabağda yaşayan, Azərbaycanın qanunlarını qəbul edən erməni əsilli vətəndaşlarımıza hüquqi yardım göstərməyə hazırıq"

SONRAKI XƏBƏR

Prokuror Vilyam Hacıyevin 13 il azadlıqdan məhrum edilməsini İSTƏDİ