Bu gün "Bakılılar günü" qeyd edilib

Bu gün "Bakılılar günü" qeyd edilib<span class="qirmizi"></span>

Bu gün Zirə Mədəniyyət Mərkəzi Eko Parkda "Bakılılar günü" qeyd edilib.

"Report" xəbər verir ki, tədbirdə Bakının 39 kəndindən ağsaqqallar, tanınmış şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edənlər ilk olaraq 44 günlük Vətən müharibəsinin şəhidlərini də daxil olmql vətənimizin müdafiəsində canlarından keçmiş bütün şəhidləri yad ediblər. Onlar günün əhəmiyyəti haqqında danışaraq bildiriblər ki, 2021-ci ildə ilk dəfə keçirilən "Bakılılar günü" hər il bir kənddə qeyd ediləcək.

Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsinin də qatıldığı tədbirdə tarix elmləri doktoru Şahin Fazil, Xırdalan bələdiyyəsinin sədiri Orxan Musayev, Şağan qəsəbə nümayəndəsi Təvəkkül Səlimov, Maştağa Qəsəbəsinin Hacı Seyid Əkbər məscidinin imamı Hacı Hüseyin Babazadə, Buzovna Cümə məscidinin axundu, ilahiyyatçı-alim Hacı Soltan Əlizadə, Zəngilan qazisi Hacı Həsən Hüseyni, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi e.o. polkovnik Əzizağa Qəni-zadə, Siyasi Repressiya Qurbanları Muzeyinin rəisi Mirabbas Məmmədov, Azərbaycan Yazıçılar Birliyindən nasir, publisist, xalq yazıçısı Çingiz Abdullayev, şair, qəzəlxan, tədqiqatçı, AYB Xəzər bölməsinin sədri Arif Buzovnalı, kinodramaturq, AYB katibi İlqar Fəhmi, ilahiyyatçı-alim Hacı Nuhbala Rəhimov, kinoaktyor, Dövlət Mükafatı laureatı, Prezident taqaüdçüsü, Respublikanın xalq artisti Rasim Balayev, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri namizədi Gülər Abdullabəyova, bəstəkar, xalq artisti Eldar Mansurov, xalq artisti, professor Möhlət Müslümov, tarzən, Prezident mükafatçısı, əməkdar artist Sahib Paşazadə, Prezident mükafatçısı, əməkdar artist Toğrul Əsədullayev, əməkdar incəsənət xadimi Hacı Aqil Məlikov kimi bir çox tanınmış alimlər, ictimai xadimlər, incəsənət xadimləri və Abşeron mühitinin ziyalıları və ağsaqqalları iştirak ediblər.

Mənbə: report.az