Həyat yoldaşını heyranlıqla izlədi

Həyat yoldaşını heyranlıqla izlədi<span class="qirmizi"></span>

Xalq artisti Miri Yusif Yaşıl Teatrda konsert verib.

Gecədə iştirak etmək üçün sənətçinin xanımı Nərgiz də Bakıya gəlib. Miri Yusif səhnədən həyat yoldaşına səslənərək "Mənim bütün mahnılarımın ilham pərisi. Sənə qurban, Nərgizim" sözlərini deyib.

O, daha sonra xanımı ilə klipində birgə yer aldığı "Sənə qurban" mahnısını səsləndirib. Nərgiz isə sənətçini heyranlıqla izləyərək, kövrəlib.

OLAY sözügedən anları görüntüləyib.

Qeyd edək ki, cütlüyün 3 övladı var.

 

 

 

 

 

Mənbə: big.az