Oğlu Natiq Dağlaroğlunun bıçaqlandığı hadisədən danışdı

Oğlu Natiq Dağlaroğlunun bıçaqlandığı hadisədən danışdı<span class="qirmizi"></span>

Xəbər verdiyimiz kimi, tamada Natiq Dağlaroğlu gecə saatlarında toyda bıçaqlanıb.

Sənətçinin oğlu Məhəmməd Axşam.az-a açıqlama verərək hadisənin bnecə baş verməsindən danışıb. O bildirib ki, məclisdə 10-dan çox insan onlara hücum edib:

"Mübahisə heç nəyin üstündə başladı. Mən də atamla məclisi tərk etmək istədim. Restoranın dəhlizində dayanmışdıq, bir neçə adam bizə yaxınlaşdı və dava etdi. Sonra yenə də başqa adamla üstümüzə gəldi. Atamı bıçaqladılar, kürəyindən yaralandı. Mənim də əlimdə bir neçə bıçaq sıyrıqları var. Məndə ciddi problem yoxdur, yaxşıyam. Atam isə reanimasiyadadır".

Məhəmməd bildirib ki, atası hazırda 3 Saylı Şəhər Klinik Xəstəxanasındadır:

"İndi onu başqa bir xətəxanaya köçürəcəyik. Bilmirəm necə olacaq. Hələ həkimlər bir söz demir".

 

 

Mənbə: big.az