Burak Özçivit Bakıya gəldi: “Sizin məşhurlar arasında ən çox tanıdığım Zabitdir”

 

Türkiyənin məşhur aktyoru Burak Özçivit Azərbaycana gəlib.

Oxu.Az xəbər verir ki, “Kuruluş Osman” serialında rol alan aktyor kikboksinq turniri ilə bağlı Bakıya səfər edib.

Belə ki, Burak “Qarabağ - Zəfər gecəsi” adlı tədbirdə iştirak edəcək.

Aktyor hava limanında müxbirlərin suallarını cavablandırıb.

Bakıda bir gün qalacağını bildirən Özçivit “Kuruluş Osman” serialında rol alan kikboksçu Zabit Səmədovla dostluğundan da söz açıb:

“Bakıya üçüncü gəlişimdir. Daha əvvəlki gəlişimdə də çox gözəl qarşılamışdınız, bu dəfə də. Burada çox sevildiyimi bilirəm, “Kuruluş Osman” serialı ilə sevgiləri daha da artıb. Qardaşım Zabit Səmədovla birlikdə bu serialda rol alıram, hər şey qaydasındadır. Sizin məşhurlar arasında da ən çox tanıdığım elə Zabitdir, çünki hər gün onunla birlikdəyik. Kikboksinq turniri ilə bağlı Azərbaycana dəvət edildim və maraqla turniri gözləyirəm”.

İkinci övladı doğulacaq aktyor bununla bağlı suallara cavab verərkən uşağın cinsiyyətinin hələ məlum olmadığını da vurğulayıb.

Burak Özçivitin Bakıdan görüntülərini təqdim edirik:

Dilşad Bəhruzqızı
Daha çox şəkil burada: Photostock.az

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan millisinin sabiq futbolçusu Ukrayna klubu ilə müqavilə imzalayıb

SONRAKI XƏBƏR

İsmayıllı-Qaraməryəm-Ağsu yolunda QƏZA: Xəsarət alan var