Apellyasiya şikayəti təmin edilməyən Afət: "Yaxın vaxtlarda..."

Apellyasiya şikayəti təmin edilməyən Afət: "Yaxın vaxtlarda..."<span class="qirmizi"></span>

 

Rusiyaya köçən müğənni Afət Fərmanqızı sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, bir müddət əvvəl ana olmağa hazırlaşdığını deyən ifaçı Rusiyada idman edərkən çəkilən videosunu İnstaqramda hekayə bölümündə paylaşaraq "Axşam idmanındayam, yaxında lazım olacaq. Hamı idman edir, burada qeybət, bir-birinin arxasınca danışan yoxdur. Boş vaxtım olanda idman və gözəl pozitiv düşüncələr...", - deyə qeyd edib.

Bildirək k ki, Afət Fərmanqızının vəkili mayın 13-də Binəqədi rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi. Ötən gün isə Afət Fərmanqızının apellyasiya şikayəti təmin edilməyib.

Mənbə: teleqraf.com