“Parıltı” və “Ülgücün üzəri ilə qaçan” filmlərinin aktyoru vəfat etdi - FOTO

“Parıltı” və “Ülgücün üzəri ilə qaçan” filmlərinin aktyoru vəfat etdi - FOTO<span class="qirmizi"></span>

 

Stenli Kubrikin “Parıltı” (“The Shining”) filmində “barmen Lloyd” rolunu oynayan amerikalı aktyor Co Törkel 94 yaşında dünyasını dəyişib. O, Santa Monikada (Kaliforniya) xəstəxanada vəfat edib.

Törkel 1927-ci il iyulun 15-də Nyu-Yorkda anadan olub. 17 yaşında orduya qatılıb və İkinci Dünya müharibəsi illərində Avropada xidmət edib. Müharibədən sonra Törkel Kaliforniyaya köçüb və burada aktyorluğa başlayıb. Onun aktyor kimi ilk rolu 1949-cu ildə çəkilmiş “Çayın kənardakı şəhər” (“Die Stadt hinter dem Strom”) adlı dramda olub.

Aktyor film və seriallarda 100-dən çox rol oynayıb. “Parlaq” filmindən başqa o, Kubrikin daha iki ekran işində - “Cinayət” (“The Killing”, 1956) və “Şərəf Yolu” (“Paths of Glory”, 1957) filmlərində iştirak edib. Ancaq daha çox Ridli Skottun “Ülgücün üzəri ilə qaçan” (“Blade Runner”, 1982) filmində “Tyrell Corporation”un prezidenti və replikantların (təhlükəli və ağır iş üçün istifadə edilən insanabənzər robotlar) yaradıcısı “dr. Eldon Tayrell” rolu ilə tanınır.

Aktyorun nümayəndəsinin sözlərinə görə, ölümündən bir müddət əvvəl o, memuarları üzərində işini tamamlayıb. Törkel ailəsi kitabı bu ilin sonunda nəşr etməyi planlaşdırır.

Mənbə: Variety

Mənbə: www.oxu.az