Dilarə Əliyeva əri ilə maraqlı tanışlığından danışdı: "Yuxuda görmüşdüm"

Tanınmış aktrisa, Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı Oqtay Əliyevlə tanışlığı barədə maraqlı məlumat paylaşıb.

Lent.az bildirir ki, onun sözlərinə görə, Oqtayı ilk dəfə yuxuda görüb:

“Ali məktəbin I kursunda oxuyurduq. 18 yaşım vardı. Qrupumuzdan bir qız nişanlanmışdı, hamımıza nişan konfetləri payladı. Mən də, bacım da gecə yatanda nişan konfetini dişləyib, başımızın altına qoyduq. Qismətimizi görək deyə.

Gecə yuxuda Oqtayı gördüm. Elə indiki halında, kök, saqqallı. Durub bacıma dedim ki, mən bir kök kişi gördüm yuxumda. Onlar da güldülər.

Bir neçə gün sonra dərsə gedirdim. Baxdım ki, yuxumda gördüyüm kök, saqqallı oğlan mənim qrup yoldaşlarımla universitetin həyətində söhbət edir. Keçdim getdim, amma sonra xəlvətcə diqqətlə baxdım. Oqtay son kursda oxuyurdu və diplom işi üçün tamaşa hazırlayırdı. Həmin tamaşada oynamağa məni də dəvət etdi. Tamaşanın adı bilirsiniz nə idi? “Ər və arvad” “, - aktrisa bildirib.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya “Şimal axını” ilə qaz nəqlini dayandırır – Almaniya atom enerjisinə qayıda bilər

SONRAKI XƏBƏR

Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb