Meladze Bakıda konsert verəcək

Rusiyalı müğənni Valeri Meladze noyabrın 20-də Azərbaycanda konsert verməyi planlaşdırır.

Məlumata görə, tədbir Bakıda keçiriləcək.

May ayında Meladze artıq şou-biznesdən yorulduğunu açıqlayıb və əvvəlki peşəkar fəaliyyətinə - suyun təmizlənməsi işlərinə qayıtmaq istədiyini vurğulayıb. Lakin onun prodüseri müğənninin bu bəyanatını “impulsizm” adlandırıb və bu sözləri əsəbi vaxtında dediyini bildirib.

Qeyd edək ki, may ayındakı bəyanatından sonra Meladzenin “Rusiya Günü”ndə Yekaterinburqda özəl ziyafətdə çıxış etdiyi də məlum olub.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

NASA rəhbəri: “Çin Ayı öz ərazisi elan edə bilər”

SONRAKI XƏBƏR

Yaponiya sahillərində Çinin üç hərbi gəmisi müşahidə edilib