Mabel Matizin qalmaqallı klipi ilə bağlı qərar

Xəbər verdiyimiz kimi, Türkiyəli müğənni Mabel Matiz ötən gün "Karakol" adlı mahnısını təqdim edib.

Axşam.az xəbər verir ki, müzakirələrə səbəb olan kliplə bağlı Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK qərar qəbul edib. Qərara əsasən, mahnının radio və televiziyalarda yayımı qadağan olunub. Bu barədə artıq qurumlara xəbərdarlıq edilib.

İzləyicilər tərəfindən həm bəyənilən, həm də tənqid olunan kliplə bağlı Matiz isə instaqram hesabında bu fikirləri paylaşıb:

"Ağlayıram, amma sevincdən. Bir-bir çata bilmədiyim mesajlarınız, şərhləriniz üçün və "Karakol"u belə gözəl qucaqladığınız üçün səmimi qəlbdən təşəkkür edirəm. Danışacaq daha çox hekayələrimiz var. İnsanlara, həyata aid hər şey mahnılarımda, musiqilərimdə özünə yer tapıb. Bundan sonra da belə davam edəcək.

Sevginin, insanlığın bütün formalarını inadla əl-ələ tutaraq ifadə etməyə davam. Hər şey keçir, həyat və mahnılar qalır".

Qeyd edək ki, ifaçının "Karakol" adlı mahnısına çəkdirdiyi klipdə sevgilisi rolunda həmcinsinin olması LGBT-ni təbliğ edilməsi kimi qiymətləndirilib.

 

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

Ronaldo yekun qərarını verdi

SONRAKI XƏBƏR

Küləkli hava nə vaxtadək davam edəcək?