Türk iş adamından ayrılan Aytac: "Övladlarımla birlikdə kirayədə yaşayıram" - VİDEO

Türk iş adamından ayrılan Aytac: "Övladlarımla birlikdə kirayədə yaşayıram" - VİDEO<span class="qirmizi"></span>

"Valideyinlərimlə deyil, ayrı yaşayıram. İki övladım və onların dayəsi mənimlə bir evdə yaşayır".

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum müğənni Vidadi Bərdəlinin ifaçı qızı Aytac Bərdəli qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.

Proqramın aparıcısı Zaur Kamalın "Yaşadığınız ev həyat yoldaşınızdan sizə qalıb?" sualına sənətçi "Xeyr, mənim evim deyil, kirayədə yaşayırıq" deyə cavab verib.

Daha sonra Aytac ailədə altı uşaq - 3 bacı və iki qardaş olduğunu diqqətə çatdırıb. Bir oğlan övladı isə ögeydir. Atam övladlarını bir-birində ayırmayıb. Hamımız bir-birimizlə mehribanıq. Aramızda heç zaman da problem olmayıb. Bacı-qardaşlarımın hamısı ilə "gediş-gəliş"im var. Çünki bu şəraiti zamanında atam Vidadi bəy yaradıb.

Zaurun "Atanız miras olaraq sizin üçün nə qoydu, getdi?" sualına A. Bərdəli "Adını qoydu getdi. Bu günkü gündə atamın bizə qoyub getdiyi adının çörəyini yeyirəm. Hələ də Vidadıqızıyam. Onu o qədər sevənləri var kı,... Bu yaxınlarda Göyçaya toya getmişdim. Sırf atamı sevənlər bizi o məclisə dəvət etmişdilər. Yalnız onun mahnılarını toyda səsləndirdim".

Aparıcının "Atanız övladları üçün mal-mülk qoydu?" sualına isə müğənni "Var idi. Satdığımız şeylər də oldu. Bir neçə avtomobilləri qalmışdı. Onların hamısını satdıq. Çanki çox lazım idi. Ögey qardaşım Əhməd mənə çox doğmadır. Onu da anam boya-başa çatdırıb. Yeni tikilidə ev aldıq və onu evləndirdik. Anamgili həmin o mənzildə qalır".

Qeyd edək ki, Aytac Bərdəli həyat yoldaşı, türkiyəli iş adamı Can Bekirlə ayrıldığını bildirib. Cütlüyün bir oğlan və bir qız övladı var. Can Bekir isə hazırda ABŞ-da yaşayır".

Rəşad Əliyev, Bizim.Media
 

Mənbə: bizim.media