Könül Kərimovanı Natavan Həbibi ilə nə bağlayır? - VİDEO

 

Əməkdar artisti Könül Kərimova açıqlaması ilə gündəmə səs salıb.

Bizim.Media xəbər verir ki, sənətçi ilk dəfə xanım həmkarı Natavan Həbibi ilə duet oxuyacağının anonsunu qonaq olduğu "Şourum" maqazin verilişində edib.

Kərimova duet mövzusunda artıq Həbibinin "saqqızı"nı oğurladığını da etiraf edib:

"Qadın həmkarımla duet oxumağı mən də çox istəyirəm. İstəyim indi yox, artıq bir müddətdir ki, bu haqda düşünürəm. Əzizim Natavan Həbibi ilə duet oxumaq istəyirəm. Bunu özü də bilir. Natavan duet oxumaq təklifimi çox gözəl qarşıladı. Üç il əvvəl onunla duet haqda danışdıq. Bu haqda söhbətimiz pandemiyadan əvvələ təsadüf etdi. Reallaşdırmaq istəyirdik, pandemiya başladı. Natavan Həbibinin ifalarını çox sevirəm. Mənimlə duet oxumağa söz verib. Onunla duet oxumağa gəribə marağım və istəyim var".

Rəşad Əliyev, Bizim.Media

 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Bərpa olundu: İran maşınları İrəvana Azərbaycandan gedir

SONRAKI XƏBƏR

Müharibədə həlak olan ukraynalı idmançıların sayı açıqlanıb