Dilarə də plastik əməliyyat etdirəcək - VİDEO

Dilarə də plastik əməliyyat etdirəcək - VİDEO<span class="qirmizi"></span>

 

Müğənni Dilarə Kazımova plastik əməliyyat etdirəcək.

Bizim.Media xəbər verir ki, məşhurların bir-birinin ardınca gözəllik naminə xəstəxana qapılarını döyüb, bıçaq altına uzanması Dilarədən də yan keçməyib.

Belə ki, pop ulduz yaxın zamanda burnunun görünüşünü dəyişdirmək üçün "rinoplastika" əməliyyatı keçirəcəyini haqda "Şourum" maqazin verilişinə müsahibəsində açıqlayıb.

"Belə bir dalğa gəlir ki, biz hamımız eyni olacağıq. Sifətimiz eyni olmalıdır. Burun, dodaq, geyimlər... Sanki hamı bir-birinə oxşamalıdır. Artıq inkubator olduq. Mən inkubator olmağın əleyhinəyəm. Özümüz olaq, xarizmamızı itirməyək, əksinə ön plana çıxaraq. Bilirəm ki, xarizmam var. Yenilik etmək üçün mən də plastik əməliyyat etdirəcəyəm. Bir də gördünüz ki, burnumun görünüşü dəyişdi, fərqli oldu.

Görüb, təəccüblənməyin. Burnumun formasını hamıda olduğu kimi eyni olmasını istəmirəm. Normal nəfəs ala bilmirəm. Burnum tutulur. Birinci növbədə burnumu əməliyyat etdirəcəyəm. Əməliyyat etdirəndə onun formasını da dəyişdirəcəyəm".

Qeyd edək ki, Dilarə Kazımova indiyə kimi heç bir plastik əməliyyat keçirmədiyini bildirmişdi.

Rəşad Əliyev, Bizim.Media
 

Mənbə: bizim.media