Britni Spirsin azadlıq sevinci

Britni Spirsin azadlıq sevinci<span class="qirmizi"></span>

Müğənni Britni Spirs toyundan sonra instaqram səhifəsində daha aktiv olmağa başlayıb.

Axşam.az xəbər verir ki, şəxsi həyatı ilə bağlı izləyicilərinə məlumatlar verən ifaçı bu dəfə yaşadığı çətin günləri bölüşüb.

O, psixi problemi olduğu ərəfədə klinika yatmasından söz açıb. Spirs insan üçün həyatda çalışmağın, pul qazanmağın önəmli olmadığını vurğulayıb. O, əlavə edib ki, bir vaxtlar qohumlarından asılı yaşayıb və həyatdan zövq ala bilməyib.

"İndi çox xoşbəxtəm. Anladım həyatda ən önəmlisi sevgidir. Ruhi sağlamlığım da yerindədir. Hamı ilə sərbəst görüşə və danışa bilirəm" deyə, Spirs paylaşımında qeyd edib.

 

 

Mənbə: big.az