72 yaşlı aktrisa yeniyetmə qız rolunu canlandırıb

72 yaşlı aktrisa yeniyetmə qız rolunu canlandırıb<span class="qirmizi"></span>

 

Ceyms Kemeronun “Avatar 2: Suyun yolu” filmində aktrisa Siqurni Uiverin rolu məlum olub.

72 yaşlı aktrisa baş qəhrəmanlar Ceyk Salli (Sem Uortinqton) və Neytirinin (Zoi Soldana) yeniyetmə qızını canlandırıb. “Disney” studiyası bu obrazın ilk təsvirlərini nümayiş etdirib.

Qeyd edək ki, ilk filmdə Uiver alim Qreys Avqustin rolunu oynayıb. Aktrisa müasir texnologiya sayəsində yeniyetmə obrazını təcəssüm etdirə bilib. Kemeronun dediyinə görə, o, asanlıqla 60 yaş cavanlaşıb və çəkilişlər zamanı xarakterindən kənara çıxmayıb.

Mənbə: gazeta.ru

Mənbə: www.oxu.az