Özcan Dəniz: “Pul xatirinə övladımı əlimdən almağa çalışırlar”

Özcan Dəniz: “Pul xatirinə övladımı əlimdən almağa çalışırlar”<span class="qirmizi"></span>

 

Özcan Dəniz 15 il sonra İstanbul Harbiye Açıq Hava Teatrında konsert verib.

O, oğlu Kuzeyi səhnədə qucağına alaraq maraqlı açıqlamalar verib.

“Mənim 10, 15, 20 ilim qala, ya yox. Övladımla keçirəcəyim sayılı günlərim var və bunu heç kəsə qurban vermək istəmirəm. Uşağımı əlimdən almağa çalışırlar. Şöhrət və pul naminə! Bunun üzərində menecerlər, mətbuat məsləhətçiləri çalışır. Oğlumu bu məngənədən necə xilas edə bilərəm? İki ildir ki, nə gecəm var, nə gündüzüm”, - deyə ifaçı bildirib.

Müğənninin özündən 22 yaş kiçik iranlı model sevgilisi Samar Dadgar da məşhuru konsert zamanı tək qoymayıb.

Mənbə: Haber Global

Mənbə: www.oxu.az