Kiçik hesabları olmayan böyük adam


O, 1960-cı illərdə Türkiyə kinosuna gələn təhsilli, yetişmiş insanların önündə dayanırdı
Cüneyt Arkın sərhədlərimizi aşacaq bir qabiliyyətdəydi. Öz dövrünün romantik aktyorlarının əksinə döyüşcü bir tipi var idi. Türk kinosu onun bu cəhətindən yararlana bildi, bəyənilsin.
Böyük şöhrətinə və səhnədəki möhtəşəm davranışlarına baxmayaraq, dostlarına qarşı çox təvazökar davranırdı. Şübhəsiz ki, Türkiyədə aktyorluğu ciddiyətə daşıyan, ənənəvi nümunələri dəyişdirən, hərəkətləndirən unudulmaz bir insan gəlib keçdi həyatımızdan.
Cüneyt Arkın - əsl adı Dr. Fahrettin Cüreklibatır (Yürəklibatur). Əskişəhərdə Qaraçay və Kırım türklərinin yerləşdirildiyi Qaraçay kəndi dünyaya gəldi. Soyadı da bu türk ləhcəsini ifadə edir. Bu ləhcədə Kırım türkləri və Noqay türklərinin hamısı danışır.
Tibb üzrə təhsil aldı. Əskişəhər – öz dünyalarını yaradan çalışqan, fədakar insanların məskənidir. Maddi imkanları çox böyük olmasa da, gələnlərin mədəni təməlləri və anlayışları övladlarının gələcəyini parlaqlaşdırır.
Döyüşcü görünüşü vardı
Dr. Fahrettinin üstün özəlliyi 1960-cl illərdə Türkiyə kinosuna gələn təhsilli, yetişmiş insanların önündə olmasıdır. Dövrünün romantik tiplərinin əksinə olaraq döyüşcü görünüşü vardı. Türk kinosu bu cəhətindən yararlana bildi, bəyənilsin. Məsələn, doğulub böyüdüyü kənddə məşğul olduğu atçılıq, at sürmə uşaqlıqdan bacardığı iş idi.
Lakin film dünyasındakı adıyla Cüneyt Arkın romantik rollara da müraciət etdi. Güclü məktəb olan Əskişəhər Liseyindən sonra İstanbul Tibb Fakültəsini bitirdi. Fakültə yoldaşlarından biri də, sadəcə öz həyatını deyil, bütün çevrəsini dəyişdirəcək örnək insanımız Prof. Dr. Yılmaz Büyükerşen idi.
Cüneyt Arkın sərhədlərimizi aşan bir potensialdayd. Məsələn, həqiqi adı – Fahrettin ilə İran kinosunda tanındı. Zövqlü, sənəti bilən İran cəmiyyətində sənət cameəsində məşhurlaşdı. Şah ailəsinin və Şahzadə Əşrəfin heyran olduğu aktyorlardan idi.
Buna baxmayaraq, Türkiyəyə qayıtdı. Başqa yerə getsə də, yaşayacağı həyat, görəcəyi günlər buradaydı.
Halit Refiq bu duyğusal, romantik xarakterləri canlandıran qabiliyyətli aktyoru, soyadı kimi cəsur bahadur rollarına yönəltdi – Malkoçoğlu və Battal Qazi obrazları ortaya çıxdı. Bununla yanaşı, siyasi mövzulu filmlərdə də rol aldı, tarixi portləri rəngləndirməyi bacardı.
Milli dəyərimiz
Millətçi olaraq tanınır, lakin sol yönümlü partiyalara da meyl edirdi. İki evliliyindən bir qızı, iki oğlu dünyaya gəlib. Ailəcanlı, ailəsinə bağlı, narkotik və alkoqola qarşıydı.
Bir də həkimliyindən gələn qabiliyyət və qatıldığı konfranslarla tanındı. Onun İrandakı həyatı barədə təsadüfən məlumat əldə etdim. Hörmətli bir sənətkar və Türk ziyalısı olaraq qalırdı.
Onunla tanış olmaq şərəfinə nail oldum. Tez-tez görüşməzdik. Məni alicənab bir şəkildə sevir və təvazökarlıqla təqdir edirdi. Mən onunla milli dəyərimiz kimi daim fəxr edirdim.
Şöhrətinə, məşhurluğuna baxmayaraq, dostlarına qarşı hər zaman təvazökar davranırdı. Onun paxıllını çəkənlərin fərqinə varmadan, hətta, uşaq kimi saf bir xasiyyəti vardı. Kiçik hesabları olmayan böyük adamlara xas bir xüsusiyyətdir bu. Və həyatımızdan belə bir şəxsiyyət gəlib keçdi...
Müəllif: İlber Ortaylı
Mənbə: "hurriyet.com.tr"
Tərcümə AYNA-ya məxsusdur
Müəllif: İsmayıl Məmmədli

Teref.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya hərbçiləri psixonevroloji internat məktəbini atəşə tutdu... -3 xəstə yaralandı...

SONRAKI XƏBƏR

İsveçrə Avropaya miqrasiya axınının artacağını gözləyir