Sabiq baş nazir Binəli Yıldırım konsertdə mahnı oxudu - VİDEO

Sabiq baş nazir Binəli Yıldırım konsertdə mahnı oxudu - <span class="qirmizi">VİDEO</span>

Türkiyənin sabiq baş naziri Binəli Yıldırım Ərzincanın Cümhuriyyət meydanında təşkil olunan konsertdə səhnəyə çıxaraq mahnı oxuyub.

“Ölkə.Az” xəbər verir ki, Ərzincanda konsertdən əvvəl səhnəyə çıxan Binəli Yıldırım “Gəldim Ərzincana, nə gözəl üzüm bağı” və “Uzun və dar bir yoldayam” mahnılarını səsləndirib.

Tamaşaçılar “bir daha, bir daha” deyə israr etdikdən sonra Yıldırım “gənclər, sənətçi ilə məni qarışdırdınız, sənətçi gəlir”, - deyə cavab verib.

Daha sonra tamaşaçılarla birlikdə “Uzun incə bir yoldayam” mahnısını səsləndirən Yıldırıma Ərzincan valisi Mehmet Makas əl işi olan mis fincan hədiyyə edib.

Yıldırım mis fincanı qaldıraraq səhnənin qarşısında dayanan gənclərə verib. Atəşfəşanlıq nümayişindən sonra səhnəyə çıxan Abdullah Çiçək sevgilisi Cansel Akpınara evlilik təklifi edib.

“Bəli” cavabını alan gənc AK Partiya sədr müavini Yıldırımdan toy şahidi olmaq vədi alıb.

Konsert Murat Dalkılıçın konserti ilə davam edib. Konsert gecə saatlarınadək davam edib.

Mənbə: olke.az