Xalq artistinin ƏN BÖYÜK ARZUSU: "Bundan gözəl nə hədiyyə ola bilər?"

Xalq artistinin ƏN BÖYÜK ARZUSU: "Bundan gözəl nə hədiyyə ola bilər?"<span class="qirmizi"></span>

 

“Hər il doğum günüm olanda içimdə bir nisgil olurdu ki, kaş doğulub boya-başa çatdığım doğma Ağdam düşmən tapdağından azad olaydı, doğum günümü orada doğmalarımın ətrafında qeyd edəydim. Artıq o arzum çin olub. Doğma Qarabağımız özümüzə qayıdıb, zəfər çalmışıq. Ayağımı o torpağa basdım, mənim üçün bundan gözəl nə hədiyyə ola bilər ki?”

Bunu doğum gününü qeyd edən Xalq artisti Nəzakət Teymurova Yenicag.az-la təəssüratlarını bölüşərkən deyib.

Rəqəmlərin onun üçün əhəmiyyət daşımadığını deyən sənətçi onu hər zaman gözəl saxlayan sevgisindən də danışıb:

“Rəqəmlərin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Əgər yaşayırsansa, demək ki, yaş üstünə yaş da gələcək. Aldığımız hər nəfəs üçün Allaha minnətdar olmalıyıq. Əsas olan o illəri necə yaşamaqdır. Tamaşaçısı olmayan sənətkar sevilmir. Xoşbəxt ifaçıyam ki, hər zaman sevgi ilə əhatə olunmuşam. Şükür bu günə ki, o sevgi heç vaxt tükənməyib. Bu sevgini qazanmaq üçün hər bir insan, xüsusən də sənət adamı özünə olan hörməti qoruyub saxlamalıdır. Mənim də ilk gündən özümə qoyduğum qadağalarım olub. İstər geyimdən tutmuş, davranışlarıma qədər. Qalmaqaldan, dedi-qodudan uzaq olmuşam. Heç vaxt ifa etdiyim muğam sənətinə xələl gətirməmişəm. Sənət adamı özünə hörmət etməlidir ki, sevənlərinin gözündən düşməsin”.

Cəvahir

Mənbə: yenicag.az