Van Dammın azərbaycanlı gəlini - "Başqalarının yolunu kəsib..."

 

Dünya ulduzu Jan Kloud Van Dammın oğlu Kristoferlə evlənən azərbaycanlı pianoçu Suada Hacızadə şəxsi həyatından danışıb.

Teleqraf com xəbər verir ki, Suada Hacıyeva İnstaqramda hekayə bölümündə şəbəkə izləyicilərinin suallarını cavablandırıb. O, həyat yoldaşı ilə xarakterinin oxşar olduğunu deyib: "Kristoferlə bütün xarakterim üst-üstə düşür. İdman onun yaxın dostudur. Mənim isə arada salamlaşdığım dost, yoxsa düşmən deyim bilmirəm. Lakin onunla idman etmədiyim gün demək olar ki, olmur. Birlikdə idman etmək maraqlı olur və motivasiya verir. Bədənimin formada olması üçün yox, ruh üçün".

Suada Hacıyeva qarşılaşdığı çətinliklərdən də danışıb: "Həyatımda ömrü boyu çoxlu neqativ olub. Tələbələr arasında müsabiqə, dostlar arasında valideynləri tərəfindən olan müsabiqə, hər kəsin bir-birindən daha yaxşı olmaq fikri ilə digərlərinin yolunu kəsmək, acı sözlər və s. Lakin uşaqlıqdan bunları görərək, bunların həqiqətən mənə pis təsirini hiss edərək, o insanlar kimi olmamaq, ürəyimi və fikirlərimi yenə təmiz saxlamaq, heç kimi incitməyən insan kimi insan olmaq, həyatdan sadəcə zövq almaq, başqaları müsabiqə istəsələr də öz yolum ilə getmək fikrimdə qaldım və həyatımı da belə davam edirəm. Düşünürəm ki, yalnız yaşım az olduğuna və həyatda sadəlövh olduğuma baxmayaraq digərləri kimi yaşımdan böyük bir fikir və daha çox insan bu "müsabiqə rutininə" girməsələr, hər kəsin neqativ fikirlərinin ruhlarını incitməməsinə acı söz qaytararaq yox, sadəcə gülərək, fikir verməyərək, icazə verməsələr həyat daha rəngarəng olardı".

Qeyd edək ki, Suada Hacıyeva Kristofer ilə ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına əyləşib.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda siqaret niyə bahalaşır?

SONRAKI XƏBƏR

Avstriya XİN başçısı: “Türkiyə Ukraynadakı müharibədə sabitləşdirici rol oynayır”