Hamilə qadın müayinə zamanı şok yaşadı: 70 milyonda bir rast gəlinir... - FOTO

Hamilə qadın müayinə zamanı şok yaşadı: 70 milyonda bir rast gəlinir... - FOTO<span class="qirmizi"></span>

ABŞ-ın Massaçusets ştatında yaşayan bərbər Eşli Ness fevral ayında hamilə olduğunu öyrənib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu xəbərdən iki həftə sonra ultrasəs müayinəsinə gedən cütlük böyük şok yaşayıb.

Qadın müayinə zamanı dördəmə hamilə olduğunu öyrənib. Üstəlik, bu körpələr iki ayrı eyni əkiz olaraq dünyaya gələcəklər. Əkizlərdən biri qız, digəri isə oğlan olacaq. Beləliklə, Eşli iki cüt əkiz dünyaya gətirəcək. Həkimlər bu hadisənin 70 milyondan birində görülə biləcəyini bildiriblər.

Fidan
Ölkə.Az

 

Mənbə: olke.az