İlk rollarıyla "PARTLADAN" 6 AKTRİSA - FOTO

İlk rollarıyla "PARTLADAN" 6 AKTRİSA - FOTO<span class="qirmizi"></span>

Hər kəs bir yolla karyerasını qurur. Bəziləri diqqət çəkmək üçün illərlə çalışdıqları halda, digərlərinə şöhrət yolun lap əvvəlində gəlir. Bu qayda Hollivudda da keçərlidir. Bəzi aktyorlar elə ilk rollarıyla cəmiyyətin diqqətini özlərinə cəlb edə bilirlər.

BiG.AZ debütlarıyla dünyaya səs salan aktyor və aktrisalardan bir neçəsini oxuculara təqdim edir.

1. Çon Ho Yon

Çon Ho Yon yayımlandığı gündən izləyici sayı ilə rekord qıraraq, uşaqdan-böyüyə hər kəsin marağına səbəb olan "Squid Game" serialında rol alaraq aktrisa kimi debütunu edib. Film ekranlara çıxandan sonra o, inanılmaz dərəcədə məşhurlaşıb və ABŞ-ın nəhəng "CAA" Agentliyi (Creative Artists Agency) ilə müqavilə imzalayıb.

2. Emma Uotson

Emma Uotson 8 dinləmədən sonra "Harri Potter" haqqında serialda Hermiona roluna çəkilməyə razılıq alıb. Bundan əvvəl o, yalnız məktəb tamaşalarında oynayıb. Aktrisanın ilk filmi 2001-ci ildə ən çox gəlir gətirən film olub və qıza şöhrət qazandırıb. Uotson "Young Artist Award" mükafatına layiq görülüb və sonradan "Harri Potter" franşizasının digər hissələrində, eləcə də bir çox filmlərdə rol alıb.

3. Sofi Törner

Sofi Törner hələ məktəbdə oxuyarkən "Taxt-tac oyunu" serialında Sansa Stark roluna çəkilib. Onun kamera qarşısında ilk işi olan bu rol Törnerə dünya şöhrəti qazandırıb və aktrisa bir çox digər filmlərə dəvət alıb.

4. Heyli Steynfeld

Heyli Steynfeld 13 yaşında "True Grit" filmində Metti Ross rolunu ifa edib. Bu rol ona "İkinci planda ən yaxşı qadın rolu" nominasiyasında "Oscar" mükafatı qazandırıb.

5. Kameron Diaz

1994-cü ildə Kameron Diaz həmkarı Cim Kerri ilə "Maska" filmində çəkilməklə ürəkləri fəth edib. Həmin dövrdə Diaz model kimi fəaliyyət göstərsə də, 8 dinləmədən sonra rejissor və prodüserlər onun bu rol üçün ideal namizəd olduğu qərarına gəliblər.

6. Barbra Streyzand

Barbra Streyzand kino karyerasına ilk dəfə 1968-ci ildə "Funny Girl" filmində baş rolda çəkilməklə start verib. Filmdə Fanni Brayz obrazını canlandıran Barbra taçmaşaçı rəğbətini qazana bilib. 1969-cu ildə o, Ketrin Hepbörn ilə birlikdə ən yaxşı qadın rolu ifaçısı kimi "Oscar" mükafatına layiq görülüb.

Natəvan Baxşiyeva

 

 

Mənbə: big.az