Televiziyalarımız millətin qanına zəhər vurur - Tanınmış aparıcı - VİDEO

Aparıcı, jurnalist Kamran Həsənli qatıldığı verilişlərdən birində Azərbaycan televiziyasını sərt tənqid edib.

Bakupost.az xəbər verir ki, televiziya kanallarını Azərbaycan tarixinin ən rəzil nümunəsi hesab edən jurnalist sözlərinə belə davam edib:

“Azərbaycan TV-si bu millətin damarına zəhər vuran bir makinadır. Bu o deməkdir ki, bu millət arsız, ədəbsiz olsun, özünə, dilinə nifrət etsin, tarixini bilməsin... TV-lər ancaq bunlara işləyir. Hətta deyərdim ki, müəyyən nailiyyətləri də var. Məsələn, bu yaxınlarda bloger “Hüseyn Həsən” Bakıda gələndə gənclərin hərəkətləri bunun sübutudur. Həmin gənclərin ata-anaları 100 faiz həmin verilişlərə baxıblar.

Mənim dövrümdə “Space”in rəhbəri Eldar Namazov idi. O, Heydər Əliyevin köməkçisi idi. Bilirsiniz ki, H.Əliyev hər kəsi özünə köməkçi etməzdi... O, çox intellektual, tarixi, siyasi bilgisi yüksək olan, dəyərli bir şəxsiyyət idi.

E. Namazovun dövründə “Space” birnömrəli kanala çevrilmişdi. İndi hansı kanalda 3-5 peşəkar varsa, hamısı “Space”in yetirmələridir”.

Daha ətraflı videodan izləyə bilərsiniz:

 

E.Mirzəyev

BakuPost

 

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

Diaspor nümayəndələri Fəxri Xiyabanda - VİDEO

SONRAKI XƏBƏR

Kür çayından ölkəyə daxil olan su - 27 FAİZ AZALIB