Filipp Kirkorov əkizləri ilə Ermənistanda

Filipp Kirkorov əkizləri ilə Ermənistanda<span class="qirmizi"></span>

Rusiyanın Xalq artisti Filipp Kirkorov əkizləri - oğlu Martin və qızı Alla-Viktoriya ilə birgə Ermənistana gedib.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında paylaşım edib. O, İrəvanın Gərni şəhərindən lentə alınan görüntüləri şərh edərək Rusiyanın Xalq artisti Alla Puqaçovanın 1985-ci ildə buradakı çıxışını xatırlayıb:

"Dünən, 3 iyul 2022-ci ildə biz 37 il geriyə qayıtıq... 1985-ci ilə. Əvvəlcə İrəvan yaxınlığında yerləşən Gərni dərəsinə gedirik. Alla Puqaçovanın çıxışı da məhz Gərni şəhərində baş tutub. Onun ilk ifası "Паромщик" mahnısı qısa zamanda hitə çevrilib".

Milli.Az

Mənbə: news.milli.az