Vasifin jestini Şəbnəm yerə vurdu: "Onunla barışmamışam" - VİDEO

Vasifin jestini Şəbnəm yerə vurdu: "Onunla barışmamışam" - VİDEO<span class="qirmizi"></span>

 

“Mənim üçün müqəddəs və toxunulmaz mövzular və çərçivəm var. Vasif məni “Şourum”da mahnımı birinci seçib, təriflədi. Təşəkkür edirəm. Vasifi Allah bağışlasın”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli ilə qalmaqal yaşadığı müğənni Şəbnəm Qəhrəmanova qonaq olduğu “Tarixin bir günü” günorta şousunda deyib.

Müğənni kişi həmkarının tərif jestini qəbul etmədiyini və onu heç zaman bağışlamayacağını söyləyib.

“Bu mövzu mənim üçün bağlanıb. Vasiflə də barışmamışam. Kiminsə bizi barışdırmasını nə istəyirəm, nə də ki gözləyirəm. O zamanında çox sevdiyim insan idi.

Onun mənə dedikləri sözləri keçib, yenidən “salam-sağol” etsəm, özümü bağışlamaram Toxunulmaz yerlər var, onlara da toxunmaz əsla olmaz”.
Qeyd edək ki, müğənni Ş.Qəhrəmanovanın illər əvvəl "Lider mən" verilişində Əməkdar artist Vasif Məhərrəmlini xəsis adlandırması və qarşı tərəfin cavab olaraq "Ailəli deyilsən, amma uşağın var. Bəs bu uşağın atası kimdir?" cavabı ikili arasında böyük qalmaqala səbəb olmuşdu.

Rəşad Əliyev, Bizim.Media

 

Mənbə: bizim.media