Kraliça ilə qızlarının sadə yay stili - FOTO

Dünən Madriddə İspaniya kral ailəsinin üzvləri rəsmi qəbulda iştirak ediblər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, protokol qaydalarına uyğun geyinən kraliça Letisiya və kral Filipe qızları ilə birlikdə ictimaiyyət qarşısına çıxıb.

Belə ki, kraliça obrazı üçün beldən yığılmış ağ kətan paltar seçib. O, geyimini aristokratların sevimli yay ayaqqabıları - espadril modelləri ilə tamamlayıb. Hətta kraliçanın qızları - Sofiya və İzabella da eyni modellərə üstünlük verirdilər. Aydındır ki, İngilis hersoginyasının Keyt Middletonun espadril sevgisi İspan şahzadələrinə böyük təsir göstərib.

 

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Kəmaləddin Heydərov polkovniki işdən çıxartdı

SONRAKI XƏBƏR

Rövşən Nəcəf Özbəkistan energetika nazirinin birinci müavini ilə görüşüb