Huanşan dağının şan-şöhrəti - VİDEO

Huanşan dağının şan-şöhrəti - VİDEO<span class="qirmizi"></span>

Çində qədimdən belə bir xalq kəlamı var. Huanşan da daxil olmaqla 5 məşhur dağı görənlər digər dağları görmək istəməz. Huanşan dağını görən isə heç bir dağı görmək istəməz. Yəni Huanşan dağı o qədər gözəldir ki, onu görən bir Çinli, ölkədəki digər məşhur dağlara səyahət etməsinə gərək qalmayacaq.

Huanşan sözü Çin dilindən tərcümədə “Sarı dağ” mənasını verir. Əvvəllər "İşan" adlanan dağ hazırkı adını 747-ci ildə Tan sülaləsinin hakimiyyəti dövründə alıb. Təbii mənzərəsi, sərt qayaları, buludları ötən təpələri, zəngin bitki örtüyü, bulaqları ilə məşhur olan Huanşan dağının Çin mədəniyyətində yeri böyükdür. Bu dağ daim yaradıcı adamların ilham mənbəyi olub. Tarix boyu çinli şairlər, yazıçılar əsərlərində Huanşan dağından, onun gözəlliyindən bəhs edib, rəssamlar, heykəltaraşlar dağı təsvir ediblər. Elə günümüzdə də Huanşan dağları şair və yazıçıların, rəssamların, fotoqrafların tez-tez baş çəkdiyi məkandır. UNESCO Huanşan dağının Çin mədəniyyətindəki rolunu nəzərə alaraq, onu 1990-cı ildə məd'niyyət və təbiət kriteriyası üzrə Dünya İrs Siyasıhısına daxil edib.

Çin şərqindəki Anhuy əyalətinin cənububda yerləşən Huanşan dağ silsiləsi 1200 kvadratkilometr sani əhatə edir. Milli Təbiət qoruğu olan bu dağ silsiləsində 77 təpənin hündürlüyü 1000 metrdən çoxdur. Bura sanki yüksək təpələrin, dərin vadilərin, bulud dənizinin gözoxşayan harmoniyasıdır.

Dağ silsiləsi mezozoy dövrünə, təxminən 100 milyon il əvvələ aiddir. Onun indiki halı isə Kaynozoy erasının sonuncu dövründən, yəni 2,58 milyon il əvvəldən formaşalşmağa başlayıb. Huanşan dağları sıx şam ağacları ilə əhatələnib və özünün unikal görünüşü ilə görənləri heyran edir. Silsilənin ən hündür zirvələri Lotos, Parlaq və Səma pikidir. Huanşan dağ silsiləsi Milli Təbiət qoruğu statusuna malikdir və ən yüksək - A5 kateqoriyalı turizm məkanıdır.

Huanşan dağlarının turistik baxımından rolunu təsəvvür etmək üçün bircə rəqəmə baxmaq kifayət edər. Pandemiyadan əvvəl - 2019-cu ildə Huanşan dağlarına 74 milyon turist səfər edib. Bu rəqəm dünyada olduqca populyar turizm məkanı olan Havay adalarını illik ziyarət edənlərin sayından təxminən 7 dəfə çoxdur.

Huanşan dağ silsiləsində bir neçə turzim marşrutu var. Turistlər həm kanatla, həm də piyada dağın zirvələrinə qalxa bilərlər. Yolboyu əsrarəngiz mənzərələr, qeyzer və bulaqlar, göllər, kiçik çaylar, bulud dənizi insanı valeh edir. Dağa qalxarkən yorulanlar bəzən yolboyu dayanıb nəfəsini dərir, ya da yaxınlıqdakı kafelərin birində bir stəkan çay və ya qəhvə içir. Yoluna dayanmadan davam etmək istyənlər isə dədə-baba qaydası taksi xidmətindən istifadə edə bilər. Günəşin doğuşunu və batmasını seyr etmək istəyən turistlərin gecələməsi üçün otellər də fəaliyyət göstərir. Rütubətli kontinental iqlimə malik Huanşan dağlarında buludlu hava və aramsız yağışlar tez-tez baş verir. Havanın orta aşağı orta temperaturu - 5,2 dərəcə Selsi yanvarda, orta yuxarı tenperaturu isə iyulda + 20,5 dərəcə Seslidir.

Huanşan dağlarının zəngin bitki örtüyü var. Bu bitkilər arasında nadir, nəsli kəsilməkdə olanlar, hətta yalnız Hyanşan dağlarında bitənlər də var. Onlardan biri də Qonaqqarşılayan şam ağacıdı. Nadir bitkilərdən olan Qonaqqarşılayan şam ağacı Huanşan dağının simvoli hesab olunur.

Huanşan dağ silsiləsində yaşı 100-ü ötmüş 10 mindən müxtəlif növ çox şam ağacı var. Ümumilikdə silsiənin sahəsinin 83 faizini bitki örtüyü, o cümlədən 56 faizi meşə təşkil edir. Dağda həm də faydalı bitkilər, o cümlədən Çin 1-ci növ çaylardan olan "Maofeng" çayı və "Linci" adlı dərman bitkisinə rast gəlmək mümkündür.

REAL

 

Mənbə: www.realtv.az